BAKI, 16 may — Sputnik. Rusiyanın iştirakı olmadan Ukraynada münaqişənin həllinin müzakirəsi mənasız və əbəsdir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsveçrədə hazırlanan konfransı şərh edərkən deyib.
"Bu konfransın özü, bizim nöqteyi-nəzərimizdən, həll yolu tapmaq üçün bir növ ciddi cəhd kimi qiymətləndirilə bilməz. Çox güman ki, bu, ən azından nəzərəçarpacaq nəticə əldə etmək perspektivi olmayan boş sxolastika olacaq" – Peskov "İzvestiya" qəzetinə deyib.
O, həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət mütləq Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpin arasında müzakirə mövzularından birinə çevriləcək. Rusiya Federasiyasının rəhbəri hazırda Pekindədir və tərəflər danışıqlar aparır. Peskovun sözlərinə görə, Moskva Ukrayna münaqişəsi məsələsində Çin hakimiyyətinin sülhsevər təşəbbüslərini alqışlayır.
Qeyd edək ki, iyun ayında İsveçrənin Bürgenstok şəhərində Ukraynadakı vəziyyətin Rusiyanın iştirakı olmadan həllinin müzakirəsi planlaşdırılıb.