DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO öz standartlarını pozub

BMT Təhlükəsizlik Şurasının Kiyevə silah tədarükü ilə bağlı iclası mayın 20-nə planlaşdırılıb.
Sputnik
BAKI, 16 may — Sputnik. Şimali Atlantika Alyansının üzvləri hətta blok qarşısında öz silah öhdəliklərinə zərər hesabına olsa belə Ukraynanı silahla təmin etməlidirlər.
Bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer məlumat verib.
"Hətta alyans standartlarının zərəri hesabına olsa belə Ukraynaya tədarükün xeyrinə seçim etmək lazımdır" - Bauer NATO Baş Qərargah Rəislərinin Hərbi Komitəsinin iclasının açılışında deyib.
"Politico" daha əvvəl məlumat vermişdi ki, Ukrayna hakimiyyəti ABŞ-dan Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirmək üçün icazə tələb edir. Eyni zamanda, adı çəkilməyən iki amerikalı məmur bildirib ki, Vaşinqton Kiyevi hücumlar üçün deyil, müdafiə üçün silahla təmin edir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Kiyevə silah tədarükü ilə bağlı iclası mayın 20-nə planlaşdırılıb.