BAKI, 16 may - Sputnik. Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Zaqatalada 41 mm, Qaxda 39 mm, Balakəndə 12 mm, Astarada 9 mm, Lerik, İmişlidə 8 mm, Ordubadda 6 mm, Şəmkirdə 5 mm, Lənkəran, Şəki, Naftalan, Yardımlı, Gədəbəy, Oğuz, Beyləqan, Ceyrançöl, Goranboy, Sədərək, Göygöl, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Daşkəsən, Culfa, Sabirabad, Neftçala, Şirvan, Cəlilabad, Biləsuvar, Şamaxıda 4 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində mayın 15-də Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçib.
Mayın 15-də saat 20:39-20:41 radələrində Gədəbəy rayonuna xırdadənəli dolu düşüb. Daşkəsən, Göygöl, Şamaxı, Şirvan, Qobustan, Altıağac, Qusar, Naftalan, Şəmkir, Balakən, Şəki, Qrız, Tərtər, Lerikdə duman müşahidə olunub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.
14.05.24, 18:22
Gəncədə plastik tullantıların "hücumu"nun qarşısı alınıb
Selin Gəncə çayı yatağından Xan arxı vasitəsilə apardığı plastik tullantılarla bağlı Sputnik Azərbaycan-nın da paylaşdığı videomaterial şəhər rəsmilərini fəaliyyətə keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov agentliyə bildirib ki, polis əməkdaşları məsələni nəzarətə götürərək əraziyə digər aidiyyatı qurumların əməkdaşlarını cəlb ediblər. Nəticədə ərazi selin axıtdığı tullantılardan təmizlənib.
Gəncə çayı yatağından Xan arxı vasitəsilə apardığı plastik tullantıların təmizlənməsi
© Photo
***
Plastik tullantılar sel suları vasitəsilə ölkənin müxtəlif bölgələrinə "hücuma keçib”.
Sellər Göyçayda zibil poliqonununu yuyub aparıb. Tonlarla ölçülən “xəzinə” Qarabaqqal kəndi ətrafına yayılıb.
Analoji hal Gəncə çayında da yaşanıb. Gəncə şəhərindəki Xan arxından su əvəzinə plastik axıb.
***
Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 88 mm, Oğuzda 65 mm, Balakəndə 61 mm, Zaqatalada 46 mm, Göyçayda 44 mm, Şəkidə 31 mm, Lənkəranda 28 mm, Astarada 25 mm, İsmayıllı, Qaxda 21 mm, Zərdabda 18 mm, Kürdəmirdə 17 mm, Şahbuzda 13 mm, Quba, Gədəbəydə 12 mm, Qrız, Qusar, Beyləqan, Ağdamda 10 mm, Ordubad, Ağsu, Lerik, Naxçıvanda 9 mm, Şahdağ, Naftalan, Daşkəsəndə 8 mm, Tərtər, Bərdə, Xaltan, Yevlax, İmişli, Mingəçevir, Göygöl, Qobustan, Sədərək, Şəmkir, Sabirabad, Şamaxı, Altıağac, Şabran, Gəncə, Yardımlı, Ceyrançöl, Culfa, Tovuz, Qax, Ağstafa, Biləsuvar, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında sululuq artıb, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay (Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar, Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.