CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Sputnik
BAKI, 16 may - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanıb.
17.11.22
Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də həkimlərin səyinə baxmayaraq, kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
CƏMİYYƏT
Azərbaycan Ordusunun mayoru insultdan vəfat edib