RUSİYA

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir

Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.
Sputnik
BAKI, 15 may — Sputnik. Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.
Rusiya sülhməramlılarının çıxarılması
Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.
Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.
Rusiya sülhməramlılarının çıxarılması
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.