BAKI, 15 may — Sputnik. Mayın 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 15-də kim anadan olub?
Rauf Hacıyev (1922-1995) - Azərbaycan SSRİ xalq artisti, bəstəkar və Azərbaycan SSR mədəniyyət naziridir (1965-1971). Sovet rəhbərliyinin təşəbbüsü ilə o, Afrika qitəsində incəsənət məsələləri üzrə baş məsləhətçi kimi Əlcəzairə göndərilib və orada 8 il işləyib. Əlcəzairdə musiqi, rəqs və teatr akademiyalarının yaradılmasında iştirak edib.
Rauf Hacıyev
© Photo : Public domain
Pyer Kyuri (1859-1906) - fransız fiziki və radioaktivlik təliminin ilk tədqiqatçılarından biridir. 1903-cü ildə İsveç Kral Elmlər Akademiyası Pyeri və onun həyat yoldaşı Mari Kyurini fizika üzrə "Nobel" mükafatı ilə təltif edib.
Pyer Kyuri
© AP Photo
Mixail Bulqakov (1891-1940) - rusiyalı yazıçısı, həkim, dramaturq, teatr rejissoru və aktyordur. Onun məşhur əsərləri: "İt ürəyi", "Gənc həkimin qeydləri", "Bir ölünün dəftəri", "Ağ mühafizəçi", "Ölümcül yumurtalar", "Şeytanlıqlar", "İvan Vasilyeviç" və yazıçıya dünya şöhrəti gətirən "Master və Marqarita" romanıdır.
Mixail Bulqakov
© Sputnik
Mirey Dark (1938-2017) - fransız aktrisası, ssenaristi, rejissoru və fotomodeldir. O, "Qara ayaqqabılı ucaboy sarışın", "Karyera" və s. filmlərdə rol alıb. Aktrisa 15 il Alen Delon ilə vətəndaş nikahında yaşayıb.
Mirey Dark
© AFP 2024 / MIGUEL MEDINA
Svetlana Svetliçnaya (1940) - Sovet və Rusiya aktrisası, RSFSR-in əməkdar artistidir. O, "Brilyant əl", "Baharın on yeddi anı" və "Görüş yerini dəyişmək olmaz" filmlərində bir çox obrazları canlandırıb.
Endi Marrey (1987) - britaniyalı professional tennisçi və ikiqat Olimpiya çempionudur.
Endi Marrey
© AP Photo / Rebecca Blackwell
15 May tarixində dünyada baş verən tarixi hadisələr
1875-ci ildə Kolumbiyada cəmi 45 saniyə davam edən və 16 min insanın həyatına son qoyan zəlzələ baş verib. Həmçinin zəlzələ ilə eyni vaxtda Kokuto şəhəri yaxınlığında vulkan da püskürüb.
1905-ci ildə ABŞ-ın Nevada ştatında Las-Veqas şəhərinin əsası qoyulub. Uzun müddət bu şəhər, böyük bir dəmir yolu qovşağı və qərbdən şərqə və geriyə hərəkət edən qatarların yanacaq doldurma, dayanacaq üçün əsas nöqtəsi olub.
1940-cı ildə ABŞ-da neylon corablar satışa çıxıb.
1992-ci ildən Beynəlxalq İqlim Günü qeyd olunur.
1993-cü ildən BMT Baş Assambleyasının qərarına əsasən Beynəlxalq Ailə Günü qeyd olunur.