RUSİYA

Qarabağdakı Sülhməramlı Qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub

Həmçinin Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə medallarla təltif ediliblər.
Sputnik
BAKI, 15 may — Sputnik. Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə Rusiya Federasiyasının Qarabağdakı Sülhməramlı Qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.
Həmçinin Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə medallarla təltif ediliblər.
Qeyd edək ki, Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir. Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.
Xatırladaq ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.