RUSİYA

Lavrov mayın 20-21-də Astanada olacaq

ŞƏT Nazirlər Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra ikitərəfli görüşlər keçirəcək.
Sputnik
BAKI, 15 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Nazirlər Şurasının iclasında iştirak edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya XİN sözçüsü bildirib ki, Lavrov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərdə iştirak edəcək:

"Mayın 20-21-də Rusiya xarici siyasət idarəsinin rəhbəri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak edəcək. Xarici siyasət idarələrinin rəhbərləri mövcud vəziyyəti müzakirə edəcəklər və assosiasiyanın gələcək inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional gündəlikdəki məsələlər barədə müzakirələr aparacaqlar" - Zaxarova brifinqdə bildirib.

O əlavə edib ki, ŞƏT Nazirlər Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, ŞƏT Qazaxıstan Respublikası, Çin Xalq Respublikası, Qırğızıstan Respublikası tərəfindən imzalanmış hərbi sahədə etimadın yaradılması və sərhəd bölgəsində silahlı qüvvələrin qarşılıqlı ixtisarına dair sazişlər əsasında yaradılıb, 1996 və 1997-ci illərdə müvafiq olaraq Rusiya Federasiyası və Tacikistan Respublikası da ona qoşulub. Bu sazişlərin Asiya məkanı üçün görünməmiş xarakter daşıması ilə əlaqədar onların icrasına ən yüksək səviyyədə nəzarət etmək qərara alınıb. Beş ölkə liderlərinin müntəzəm görüşlərinin mexanizmi "Şanxay beşliyi" adlanırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.