DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünya Bankının keçmiş rəhbəri ABŞ-da maliyyə fəlakətinin olacağını proqnozlaşdırıb

Buna səbəb ölkənin böyük dövlət borcudur. Bundan əlavə, ABŞ hökuməti daim xərcləri artırır.
Sputnik
BAKI, 15 may — Sputnik. ABŞ 2025-ci ildə maliyyə fəlakəti ilə üzləşə bilər.
Bu açıqlama ilə Dünya Bankının keçmiş rəhbəri Devid Malpass çıxış edib.
Onun sözlərinə görə, buna səbəb ölkənin böyük dövlət borcudur. Bundan əlavə, ABŞ hökuməti daim xərcləri artırır.
"Dövlət borcunun limiti tətbiq ediləcək, xərclər artacaq və vergi dərəcələri yüksələcək" - Malpass "Linkedln"də yazıb.
Artıq 2024-cü ildə ABŞ-ın dövlət borcu ÜDM-in 123%-nə qədər artacaq. 2029-cu ildə bu rəqəm, demək olar ki, 134%-ə çatacaq.
Bundan əvvəl bir çox ölkələrin ABŞ dollarından asılılığını azaltmağa çalışdığı bildirilirdi. Dövlətlər getdikcə öz iqtisadiyyatlarının təhlükəsizliyindən narahat olmağa başlayıblar.