DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Varşava korrupsiya iddialarına görə Kiyevlə "aqrar" danışıqları ləğv edib

Polşanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbərinin müavini Mixal Kolodzeyçak korrupsiya ittihamı irəli sürülən şəxslərlə danışıqlar aparmayacaqlarını bildirib.
Sputnik
BAKI, 14 may — Sputnik. Polşa Ukrayna ilə mayın 14-nə planlaşdırılan kənd təsərrüfatı üzrə danışıqları bir neçə ukraynalı müzakirəçinin korrupsiya iddialarına görə ləğv edib.
Bunu Polşanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbərinin müavini Mixal Kolodzeyçak deyib.
Polşanın "Dziennik Gazeta Prawna" qəzetinə müsahibəsində kənd təsərrüfatı idarəsinin nümayəndəsi vurğulayıb: "Təbii ki, biz korrupsiya ittihamı irəli sürülən şəxslərlə danışıqlar aparmayacağıq".
O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərin kütləvi etirazlarına səbəb olan bütün problemlərin öhdəsindən gələ bilmir, çünki "vəziyyət heç də asan deyil".
Onu da əlavə edək ki, ötən həftə Polşanın Ukraynadan Ukrayna müəssisələrinin "böyük özəlləşdirilməsində" iştirak etmək üçün dəvət alması xəbəri yayılıb. Kampaniyanın yay aylarında keçirilməsi planlaşdırılıb.