BAKI, 14 may — Sputnik. Rusiya Federasiyasının neft və qaz gəlirləri dörd ayda 82,2% artıb.
Bu barədə ölkənin Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiya büdcəsinə neft və qaz gəlirləri üzrə, təxminən 4,2 trilyon rubl daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82,2% çoxdur.
"Əsasən Rusiya neftinin bahalaşması, həmçinin 2023-cü ilin dördüncü rübü üçün neft xammalına aksiz rüsumunun ödənilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərlə əlaqədardır neft üzrə faydalı qazıntıların hasilatı vergisi üçün əlavə ödənişin fevral ayında birdəfəlik daxil olması hesabına" - nazirlik izah edib.
Önümüzdəki aylarda da neft və qaz gəlirlərinin baza səviyyələrindən yuxarı qalxmağa davam edəcəyi gözlənilir. Bütün bu amillər büdcə qanununun formalaşması zamanı qoyulan dinamikanın əhəmiyyətli dərəcədə artdığını göstərir.
Daha əvvəl ekspertlər Rusiyanın neft gəlirlərinin ikiqat artmasının rublun məzənnəsinə necə təsir edəcəyini izah etmişdilər.