RUSİYA

Rusiya super ağır sinif raket sisteminin yaradılmasına başlamaq üzrədir

Denis Manturov Rusiyanın "Anqara-A5M" ağır sinif daşıyıcısının Amur vilayətindəki Şərqi Kosmodromdan ilk buraxılışının 2027-ci ildə baş tutacağını bildirib.
Sputnik
BAKI, 16 may — Sputnik. "Vostochnıy" kosmodromunda super ağır dərəcəli kosmik raket kompleksinin yaradılması üzrə işlərə 2025-ci ildə başlanılacaq.
Bunu Rusiya Baş nazirinin birinci müavini (sabiq sənaye və ticarət naziri vəzifəsinin icraçısı) Denis Manturov bildirib.
Dövlət Dumasında çıxışı zamanı o qeyd edib ki, hakimiyyət "gələn il Şərqdə super ağır sinif kosmik kompleksin yaradılmasına başlayacağını" planlaşdırıb.
"Artıq həyata keçirilən digər layihə təkrar istifadə edilə bilən daşıyıcıların hazırlanmasıdır" - Manturov əlavə edib.
"Roskosmos"un baş direktoru Yuri Borisovun daha əvvəl bildirdiyi kimi, Rusiyanın "Anqara-A5M" ağır sinif daşıyıcısının Amur vilayətindəki Şərqi Kosmodromdan ilk buraxılışı 2027-ci ildə baş tutacaq.