BAKI, 14 may — Sputnik. İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək tələbi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib. Bunu Rusiya FTX-nin direktor vəzifəsinə namizəd Aleksandr Bortnikov bildirib.
"Ermənistan tərəfi hüquqi olaraq müəyyən edilməmiş ərazilərdə mövcudluq problemi həllini tapana qədər müvəqqəti əməliyyat qruplarının demarkasiya və delimitasiya xəttindən çıxarılmasını xahiş edib" - Bortnikov Federasiya Şurasının plenar iclasında deyib.
O xatırladıb ki, ilkin olaraq Qarabağda üçtərəfli atəşkəs elan edildikdən sonra (2020) Ermənistan yardım üçün və FTX sərhəd bölmələrinin Azərbaycanla demarkasiya xəttində yerləşdirilməsini xahiş edib. Sonra Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında informasiya qarşılıqlı əlaqəsi və lokal münaqişələrin həlli problemini həll edən 11 post yaradıb.
Bortnikov bildirib ki, Rusiya sərhədçiləri Ermənistanda qalır və Türkiyə və İranla sərhədi qoruyacaqlar:
"Lakin Ermənistandakı sərhədçilərimiz həmin statusda qalırlar. Ermənistan tərəfi istəyir ki, Türkiyə və İranla sərhədləri biz qoruyaq. Bunun üçün də üzərimizə düşən vəzifələri yerinə yetirməyimizi xahiş edirlər".