RUSİYA

Rusiya ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsi 44 milyard dolları ötüb

Nazir müavini "Valday" klubunun konfransında çıxışı zamanı qeyd edib ki, Rusiya tərəfi Mərkəzi Asiya üçün etibarlı və əsas ticarət-iqtisadi tərəfdaşdır.
Sputnik
BAKI, 14 may — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 2023-cü ildə Rusiyanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin 44 milyard dolları ötdüyünü bildirib.
Bu barədə "RİA Novosti" xəbər verib.
Nazir müavini "Valday" klubunun konfransında çıxışı zamanı qeyd edib ki, Rusiya tərəfi Mərkəzi Asiya üçün etibarlı və əsas ticarət-iqtisadi tərəfdaşdır və bu, ölkələr arasında ticarət dövriyyəsinin artmasını da təsdiqləyir.
"Keçən il onun ümumi həcmi 44 milyard dolları ötüb" – "RİA Novosti" Qaluzindən sitat gətirir.
Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, regionun xarici ticarətinin 33%-i Rusiyanın payına düşür ki, bu da milli valyutalarda hesablamalara keçidlə əhəmiyyətli dərəcədə təmin edilir.