DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Ermənistan Araz çayı üzərində ikinci körpünün tikintisinə hazırlaşır

Mövzud məsələ Fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.
Sputnik
BAKI, 14 may — Sputnik. Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisi üçün işçi qrupu yaradacaq. Bu barədə Ermənistan Yol İdarəsi Fondu məlumat yayıb.
Mövzud məsələ Fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.
Qeyd olunur ki, ikinci körpünün tikintisi zərurəti İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin daşımalarının artması, eləcə də bu kəmərin bir hissəsinin çəkilməsi layihəsinin həyata keçirilməsi fonunda yaranıb.
Xatırladaq ki, Araz çayı üzərindən yeni körpünün tikintisi layihəsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvan mövcud körpüyə paralel olaraq yeni körpünün də tikiləcəyini istisna etməyib.