DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO təlimləri zamanı ingilis hərbçiləri rus dronları ilə qorxudulublar

Hərbçilərə xəbərdarlıq edilib ki, Rusiya casusları müşahidə elektronikası və portativ telefon antenaları ilə təchiz olunmuş mürəkkəb dronlardan istifadə edərək yaxınlarının şəxsi məlumatlarına sahib ola bilərlər.
Sputnik
BAKI, 14 may — Sputnik. İngilis hərbçiləri Estoniyadakı NATO təlimlərində rus dronları ilə qorxurdulublar.
"Times" nəşri bu barədə yazıb.
Nəşrin mənbələrinə görə, hərbçilər üçün internet və rabitə istifadəsinə ciddi məhdudiyyətlər qoyulub. Onlara xəbərdarlıq edilib ki, Rusiya casusları müşahidə elektronikası və portativ telefon antenaları ilə təchiz olunmuş mürəkkəb dronlardan istifadə edərək yaxınlarının şəxsi məlumatlarına sahib ola bilərlər.
Britaniya əsgərlərindən biri deyib ki, ordunun ən böyük qorxusu mobil telefonlardan geolokasiya məlumatlarının və ümumi məlumatların sızması olub. O, bununla əlaqədar olaraq, şəxsi heyətin təlim və əməliyyatlar zamanı cihazları yaşayış otaqlarında tərk etdiyini bildirib.
O da qeyd edilib ki, təlim zamanı eston əsgərləri yanlarında telefonların olmadığından əmin olmaq üçün onları gölə tullanmağa məcbur ediblər.
Daha əvvəl NATO-nun İsveçdəki təlimləri zamanı paraşütlə tullanmalar nəticəsində ondan çox əsgər yaralandığı bildirilmişdi.