BAKI, 14 may — Sputnik. Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya 48 növ gübrə və 28 növ pestisid daxildir.
Qərarda idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısının təsdiq edilməsi nəzərdə tutulur.
Qərarın qəbul edilməsi ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin konkret siyahısı müəyyən ediləcək və Vergi Məcəlləsində nəzərdə tutulan müvafiq vergi güzəştinin effektivliyinin artırılmasına imkan yaranacaq.
Tam siyahı ilə buradan tanış olmaq olar: