BAKI, 14 may — Sputnik. Bundestaq deputatlarının NATO üzvü olan ölkələrin ərazilərindən hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə Ukrayna səmasında Rusiya pilotsuz təyyarələrini və raketlərini vurmaq ideyası təhlükəlidir.
Almaniya Sosial Demokrat Partiyasının fraksiyasının rəhbəri Rolf Mütsenix "Tagesspiegel" nəşrinə müsahibəsində bu barədə xəbərdarlıq edib.
Deputat xatırladıb ki, bu qərar NATO ölkələrinin Ukrayna münaqişəsinə fəal müdaxiləsinin yolverilməzliyi prinsipinə ziddir.
"Mən belə təklifləri son dərəcə təhlükəli və məsuliyyətsiz hesab edirəm" - o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna lideri Vladimir Zelenskinin saytında ABŞ, Böyük Britaniya və Avropa İttifaqından hərbi yardım istəməsini xahiş edən petisiya yayılıb.