BAKI, 13 may — Sputnik. Xocalı Rayon Məhkəməsinə hakim və sədr təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb.