CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 13 may – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 13 may — Sputnik. Mayın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 13-də kim anadan olub?
Məhsəti Gəncəvi (1096-1160) - Azərbaycanda intibah dövrünün ilk şairəsi və rübai ustasıdır. Onun əsərlərinin çoxu dövrümüzə qədər gəlib çatmayıb. Qalanlar isə XII-XVII əsrlərə aid müxtəlif kitablardan, əsasən "Əmir Əhməd və Məhsəti" dastanından toplanıb.
Məhsəti Gəncəvi
Elçin Əfəndiyev (1943) - Azərbaycanın xalq yazıçısı və filologiya elmləri doktorudur. O, "İstiqlal", "Şərəf", "Şöhrət" ordenləri ilə təltif edilib. Əfəndiyev "Arxadan vurulan zərbə", "Mahmud və Məryəm", "Gözlə məni", "Bağ mövsümü" filmlərinin ssenari müəllifidir.
Elçin Əfəndiyev
İsaak Şvarts (1923-2009) - Sovet və Rusiya bəstəkarı, RF xalq artisti, üçqat "Nika" kino mükafatı laureatıdır. O, 35 tamaşanın və 125 filmin musiqi müəllifidir. Şvartsın yaradıcılığının zirvəsi "Səhranın ağ günəşi", "Karamazov qardaşları", "Stansiya gözətçisi", "Uşaqlıqdan yüz gün sonra" filmlərinin musiqiləri olub.
Stivi Vander (1950) - soul janrında ifa edən amerikalı müğənni, bəstəkar və 25 dəfə "Qremmi" mükafatı laureatıdır. O, müasir soul və "R&B" janrının qurucularından biridir. O, kor olaraq musiqi sahəsində böyük uğurlar qazanıb.
Stivi Vander
Robert Pattinson (1986) ingilis aktyoru, model və musiqiçidir. O, "Harri Potter və Alov Qədəhi" filmindəki Sedrik Diqqori və "Alatoranlıq" film seriyasındakı Edvard Kallen rolları ilə dünya şöhrəti qazanıb.
Robert Pattinson
Aleksandr Rıbak (1986) - Belarus əsilli norveçli musiqiçi, "Eurovision 2009" mahnı müsabiqəsinin qalibidir.
Aleksandr Rıbak
13 May tarixində dünyada baş verən tarixi hadisələr
1930-cu ildə Tasmaniyada sonuncu kisəli canavar öldürülüb.
1950-ci ildə İngiltərənin Silverstoun şəhərində ilk "Formula 1" çempionatının birinci yarışı keçirilib. Qalib mövsümün sonunda ilk "Formula 1" çempionu olan italiyalı avtomobil yarışçısı Cüzeppe Farina olub.
Formula 1
1981-ci ildə türkiyəli terrorçu Abdi İpəkçi Papa II İohann Pavelə sui-qəsd cəhdi edib.
2014-cü ildə Türkiyənin Soma kömür mədənində faciə baş verib. Faciə nəticəsində 301 nəfər həlak olub, 80-dən çoxu isə yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.