BAKI, 13 may — Sputnik. Sergey Şoyqu Rusiya müdafiə naziri kimi mayın 6-da Prezident Vladimir Putinin andiçmə mərasimindən əvvəl dediyi sözlərini şərh edib. Sabiq nazirin son bəyanatının videosunu Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubin dərc edib.
Şoyqu dövlət başçısının Rusiya hökumətinin Qərbin misli görünməmiş təzyiqləri qarşısında qarşıya qoyulan vəzifələrinin öhdəsindən layiqincə gəldiyi barədə sözlərinə münasibət bildirib.
"Düşünürəm ki, hətta "misli görünməmiş" sözünün özü də ölkəmizə qarşı tətbiq olunan sanksiyaların həcminə baxaraq çox yumşaq və çox xeyirxah görünür. Mən burada prezidentin dedikləri ilə tamamilə razıyam: bu, iqtisadi müharibədir, ölkəmizə qarşı iqtisadi təcavüzdür" - Şoyqu bildirib.
Aprelin 12-də Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə Andrey Belousovu təklif edib. Öz növbəsində, Sergey Şoyqu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bu qərarı mövcud dinamikaya uyğun olaraq güc blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına uyğunlaşdırmağın zəruriliyi ilə izah edib.
Eyni zamanda ukraynalı iqtisadçı Aleksey Kuş Putinin bu qərarını Ukrayna üçün "pis xəbər" adlandırıb və Belousovun Qərbin tətbiq etdiyi sanksiya təzyiqi şəraitində Rusiya iqtisadiyyatının sabitliyinin təmin edilməsinə verdiyi töhfəni də qeyd edib.