RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya bir gecədə Ukraynanın dörd "Storm Shadow" raketini məhv edib

Belqorod vilayətinin ərazisində 12 dron vurulub.
Sputnik
BAKI, 13 may — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemi Krım üzərində Ukraynanın dörd "Storm Shadow" qanadlı raketini, həmçinin Belqorod vilayəti üzərində "Olxa" reaktiv yaylım atəş sisteminin (RYAS) 12 mərmisini məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi mayın 13-də məlumat yayıb.
"Ötən gecə Kiyev rejiminin təyyarə tipli pilotsuz uçuş aparatından (PUA, dron), "Olxa" RYAS-dan və "Storm Shadow" təyyarəsinin idarə olunan raketlərindən istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb" - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, Krım üzərində dörd "Storm Shadow" raketi və yeddi PUA, Belqorod vilayəti üzərində isə "Olxa" RYAS-ın 12 mərmisi və 12 dron məhv edilib. Bundan əlavə, səkkiz pilotsuz təyyarə Kursk vilayəti, daha dördü isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.
Rusiya hava hücumundan müdafiə sistemləri mayın 12-də, axşam Belqoroda olan hücumun qarşısını alaraq "Vampire" RYAS-ın 12 mərmisini və "Olxa" RYAS-ın 2 mərmisini məhv edib. Bu yaxınlarda hava hücumundan müdafiə sistemi Belqorod vilayəti üzərində iki "Toçka-U" operativ-taktiki raketini (OTR) sarsıdıb.