SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB hökumət başçıları Aşqabadda toplaşacaq

İclasda ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin və bir sıra sahələrdə sənədlərin layihələrinin nəzərdən keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 13 may — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin mayın 24-də Aşqabadda keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
İclasda ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin və bir sıra sahələrdə sənədlərin layihələrinin nəzərdən keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, MDB ölkələrinin baş nazirləri MDB-də ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərinə, o cümlədən enerji və nəqliyyat, ekologiya, əqli mülkiyyətin qorunması, mədəni-humanitar sahələr üzrə bir sıra sənədlər layihələrinə baxacaqlar.
"Gözlənilir ki, MDB-yə üzv dövlətlər arasında energetika sahəsində 2035-ci ilədək olan dövr üçün Əməkdaşlıq Konsepsiyası və MDB-yə üzv dövlətlərin ərazisindən keçən infrastrukturun optimallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə 2030-cu il üzrə Tədbirlər Planıtəsdiq olunacaq", - məlumatda bildirilir.