HADİSƏ

Azərbaycanda vulkan püskürüb

Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Vulkanın ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib.
Sputnik
BAKI, 13 may - Sputnik. 13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib.
Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.
Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.