BAKI, 13 may — Sputnik. ABŞ, Almaniya, Fransa və Kiprin Rusiya Baş Prokurorluğunun “Şimal axını” və “Şimal axını-2” xətlərində törədilən təxribatların araşdırılması ilə bağlı tələblərinə verəcəyi cavabları bu hücumların arxasında kimin olduğunu göstərəcək.
Bunu Rusiyanın baş prokuroru İqor Krasnov deyib.
“Biz xarici həmkarlarımızı qeyri-siyasi və konstruktiv əməkdaşlığa çağırırıq. Terror aktlarının araşdırılması ilə bağlı ABŞ, Almaniya, Fransa və Kiprin səlahiyyətli orqanlarına çoxsaylı müraciətlərimiz buna misal ola bilər” - baş prokuror bildirib.
Krasnov bildirib ki, cavablar “Şimal axınları”nda terror aktlarının arxasında kimin dayandığını dünyaya göstərə biləcək “lakmus kağızı” olacaq.
Xatırladaq ki, bu ilin fevral ayının əvvəlində İsveç “Şimal axınları”nda təxribat işinin bağlandığını elan edib. Elə həmin ay Danimarka da oxşar bəyanatla çıxış edib. Bununla yanaşı, Danimarka polisi təxribatın törədildiyini etiraf edib, lakin onların fikrincə, buna baxmayaraq, istintaqın davam etdirilməsi üçün heç bir əsas yoxdur.