DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerusəlimdəki yeni arxeoloji tapıntılar İncildə yazılanları təsdiqləyir

İndiyə qədər Qüdsün Assuriya sürgünləri deyilən dövrdə qaçqın axını hesabına böyüdüyünə inanılırdı.
Sputnik
BAKI, 6 may — Sputnik. İsrailli arxeoloqlar Qüdsün tarixi ərazisi olan Davud şəhərində qazıntılar zamanı əldə edilən yeni kəşfləri təsvir ediblər. Kəşf qazıntılarla Müqəddəs Kitabda qeyd olunan hadisə arasında əlaqəni aşkar etməyə kömək edib.
"Heritage Daily"nin məlumatına görə, qazıntılar İsrail Qədim Əsərlər İdarəsi tərəfindən Təl-Əviv Universiteti və Veyzman Elm İnstitutu ilə birgə aparılıb. Nəticələr Yəhuda hökmdarlarının hakimiyyəti dövründə Yerusəlimin inkişafı ilə bağlı ənənəvi təsəvvürlərə meydan oxuyur.
Xüsusilə, alimlər Qüdsün genişlənməsinin miqyasını, o cümlədən hökmdarlar Davud və Süleymanın hakimiyyəti dövründə olanları yenidən nəzərdən keçiriblər. Aparılan tədqiqat zamanı bir neçə qədim tikili tapmaq və onların tarixini dəqiq müəyyən etmək mümkün olduğundan bunu etmək lazım gəlib.
Belə ki, şəhər divarlarının və kral saraylarının müəyyən hissələri qazılıb. Tədqiqatlar göstərib ki, Yerusəlim yalnız, təxminən 2700 il əvvəl, hökmdar Yezekiyanın hakimiyyəti dövründə qərbə doğru əhəmiyyətli dərəcədə genişlənib.
İndiyə qədər şəhərin Assuriya sürgünləri deyilən dövrdə qaçqın axını hesabına böyüdüyünə inanılırdı. Yeni tapıntılar göstərib ki, şəhər eramızdan əvvəl IX əsrdə hökmdar İoasın hakimiyyəti dövründə, yəni Assuriya sürgünü dövründən, təxminən 100 il əvvəl ərazisini Sion dağına doğru genişləndirib.
Qazıntılar həm də Qüdsün şərq divarının əvvəlcədən düşünüldüyündən daha qədim olduğunu göstəriblər. Bu divarın hökmdar Yezekiya tərəfindən tikildiyi güman edilirdi, lakin yeni kəşflər onun hökmdar Oziyanın hakimiyyəti dövrünə aid olduğunu göstərir. Bu hökmdar və onun əməlləri isə bibliya mətnində təsvir edilib. Belə ki, Müqəddəs Kitabın bir hissəsində belə deyilir:
"Oziya Yerusəlimdə qüllələr tikdi və onları gücləndirdi."
Beləliklə, qazıntılar sübut etdi ki, İncildə təsvir olunan hadisə həqiqətən də baş verməsi mümkündür.
Tədqiqatın həmmüəllifi professor Yuval Qadot deyir:

"İndiyə qədər bir çox tədqiqatçılar divarın Yezekiyanın Sennaxirimə (Assuriya kralı) qarşı üsyanı zamanı Yerusəlimi qorumaq üşün inşa etdiyini güman edirdilər. İndi aydın olub ki, Davud şəhərinin şərq hissəsindəki divar əvvəllər tikilib, o, hökmdar Oziyanın hakimiyyəti dövründə tikintinin bir hissəsi olub".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.