CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 12 may - FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 12 may — Sputnik. Mayın 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 12-də kim anadan olub?
Səid Rüstəmov (1907-1983) - Azərbaycan SSR xalq artisti, bəstəkar və dirijordur. O, "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" və başqa musiqili komediyaların müəllifidir.
Səid Rüstəmov
Ayaz Mütəllibov (1938-2022) — Sovet və Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1989-1990), Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibi (1990-1991), Sov.İKP MK Siyasi Bürosunun üzvü (1990-1991), Azərbaycan SSR-nin ilk və yeganə prezidenti (1990-1991), Azərbaycanın birinci prezidentidir (1991-1992).
Ayaz Mütəllibov
Ketrin Hepbern (1907-2003) - məşhur ABŞ kinoaktrisasıdır. O, 66 illik karyerası ərzində 44 bədii ("Güman et, şam yeməyinə kim gəlir?", "Aslan qışda" və s.), 8 televiziya filmində rol alıb və 33 teatr tamaşasında iştirak edib. Andrey Voznesenski (1933-2010) - Sovet və Rusiya şairi, publisist və bəstəkardır. O, "Mozaika", "Cazibə", "Mən əl çəkməyəcəyəm" kitablarının müəllifidir.
Ketrin Hepbern
Rami Malek (1981) Misir əsilli ABŞ aktyorudur. O, "Cənab robot", "Muzeydə gecə", "Alatoran. Saqa: Sübh II hissə" filmlərində rol alıb. Aktyor "Qızıl Qlobus", "Ekran Aktyorları Gildiyası", "BAFTA" və "Oskar" mükafatları laureatıdır.
Rami Malek
Alina Kabayeva (1983) - rusiyalı gimnast, ictimai və siyasi xadim, Rusiyanın əməkdar idman ustasıdır. O, 2014-cü ilin sentyabrından "Milli Media Qrupu" holdinqinin direktorlar şurasının sədridir və 2016-cı ildən isə "Sport-Express" ASC-nin Direktorlar Şurasına rəhbərlik edir. Kabayeva 2004-cü il fərdi çoxnövçülük üzrə Olimpiya çempionu və fərdi çoxnövçülük üzrə 2000-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya çempionu (1999 və 2003), beşqat Avropa çempionu (1998-2000, 2002, 2004) və altı qat Rusiya çempiondur (1999-2001) , 2004, 2006-2007).
Alina Kabayeva
Viktoriya Dayneko (1987) - rusiyalı müğənni və aktrisadır. O, "Ulduz fabriki-5" və "Ulduz fabriki. Qayıdış" musiqi istedad şousunun qalibidir.
Viktoriya Dayneko
12 May tarixində dünyada baş verən tarixi hadisələr
1974-cü ildə Beynəlxalq Tibb Bacıları Şurası (ICN) mayın 12-sini Tibb Bacıları Günü kimi qeyd etmək qərarına gəlib. Məhz bu gün mərhəmət bacıları xidmətinin yaradıcılarından biri olan Florens Naytinqeyl anadan olub.
1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi olan Bişkek protokolu qüvvəyə minib. Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilərin köməyi ilə "böyük sülh sazişi" imzalamalı idilər. Lakin bu, Ermənistanın qeyri-konstruktiv siyasəti ucbatından həyata keçirilməyib.
2009-cu ildə Azərbaycan Ali Məhkəməsinin yeni inzibati binasının təntənəli açılış mərasimi olub.
2010-cu ildə Rusiya üçün yüksək səviyyəli "rf" milli domeni istifadəyə verilib. Bu, internetdə kiril əlifbasında olan ilk domen olub.