RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyanın hava hücumundan müdafiəsi Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub - Rusiya MN

Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı davam edir.
Sputnik
BAKI, 12 may - Sputnik. Rusiya hava hücumundan müdafiə qüvvələri bir gündə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub, həmçinin 36 Ukrayna pilotsuz təyyarəsini ələ keçirib. Bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”, - hərbi idarənin hesabatında deyilir.

Bundan əlavə, Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatı, səkkiz “Toçka-U” taktiki raketi, Fransa istehsalı olan “Hammer” idarəolunan bomba, həmçinin 23 “Vampir”, “Qrad” və “Alder” raketləri ələ keçirilib”, - RF Müdafiə Nazirliyindən bildirilib.
Artilleriya sistemi, arxiv
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.