RUSİYA

Rusiyalı ekspert köhnə kitablardakı infeksiyalarla bağlı xəbərləri şərh edib

Kitab səhifələri heç bir infeksiya yaya bilməz. Yalnız kitabda bir növ toksik maddə olduqda zəhərlənə bilərsiniz.
Sputnik
BAKI, 12 may — Sputnik. Köhnə kitablardan yoluxma təhlükəsi ilə bağlı məlumatlar cəfəngiyyatdır. Bunu Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FTBA) baş infeksionisti, tibb elmləri doktoru Vladimir Nikiforov bildirib.
Ekspertin fikrincə, kitab səhifələri heç bir infeksiya yaya bilməz. Yalnız kitabda bir növ toksik maddə olduqda zəhərlənə bilərsiniz.

"Kitab səhifələrində infeksiya yoxdur. Nə təzə, nə də köhnə. Təbii ki, vərəqlərə hansısa bir təhlükəli kimyəvi maddə sürtmək olar və o zaman vərəqi çevirmək üçün barmağınızı yalayanda zəhərlənəcəksiniz. Sarı mətbuat yazır ki, nəyəsə yoluxa bilərsən, bu cəfəngiyyatdır", – "NEWS.ru" Nikiforova istinadən xəbər verib.

Bundan əvvəl Avropa kitabxanalarından minlərlə kitabın müsadirə edildiyi barədə məlumatlar yayılmışdı. Yaşıl örtüklü 19-cu əsr nəşrləri təhlükəli kimyəvi maddə ilə örtülüblər. Kitabların hazırlanmasında təhlükəli maddədən istifadə edilib.
Bir gün əvvəl Avropa kitabxanalarından rus klassiklərinin 170-dən çox nadir nəşrinin oğurlanması da məlum olub. Şübhəlilər doqquz nəfər Gürcüstan vətəndaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.