"Müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu "zərbə"lərə hamı tab gətirə bilmir. Xüsusilə məktəb yaşlarında olan uşaqlara bu, olduqca mənfi təsir göstərir. İsveçdə aparılmış tədqiqatların nəticələrindən aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlar 21 yaşda mobil telefondan istifadə edənlərdən daha çox mənfi təsirə məruz qalırlar. Mobil cihazlardan asılılıq insanlara, ilk növbədə, fiziki baxımdan mənfi təsir göstərir. Bu cihazların yaratdığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər. Ümumiyyətlə, mobil telefonlar radioqəbuledicidir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından, xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərərlidir".
"Hər axşam yuxudan iki saat əvvəl mobil telefonu söndürün. Halbuki, bu əsas üsuldan çox az istifadə edirlər. Ən azı interneti bağlayın, bu zaman ətrafda şüalanma az olacaq. Telefonu üzərinizdə gəzdirməyin, xüsusilə ürəyinizə yaxın bir yerdə saxlamayın və çalışın ki, zəngli saat qurmaq üçün ondan istifadə etməyəsiz. Elektrik şəbəkəsinə qoşulmuş telefonu qətiyyən yastığın altına qoymayın".