RUSİYA

Həkim 1997-2012-ci il təvəllüdlülərin vaxtından əvvəl qocalmasının səbəbini açıqlayıb

Tipik olaraq, orqanizmdə zədələnmə insan yaşlandıqca toplanır, lakin Z nəslində bu, daha erkən baş verir.
Sputnik
BAKI, 12 may — Sputnik. Z nəslinin nümayəndələri (1997-2012-ci il təvəllüdlü insanlar) vaxtından əvvəl qocalır və onkologiyanın müəyyən növləri üzrə yaş həddinin aşağı salınması səbəbindən tez-tez öz yaşlarından daha yaşlı görünürlər.
Bu barədə rusiyalı endokrinoloq Zuxra Pavlova özünün "Telegram" kanalında yazıb.
Mütəxəssis onu da qeyd edib ki, buna pis vərdişlər, tənhalıq və fiziki aktivliyin aşağı olması da təsir edir.
Elm adamları onkologiyanın bəzi növlərinin "cavanlaşdığını" qeyd ediblər. Ağciyər, mədə-bağırsaq və uşaqlıq yolu xərçəngi diaqnozu qoyulan insanların yaşı getdikcə azalır.

"Belə gənc xəstələrin analizlərinin öyrənilməsi sürətlənmiş yaşlanma əlamətlərini aşkar edib. Sadə dillə desək, hüceyrələrin bioloji yaşı faktiki yaşdan xeyli böyük olub", – Pavlova izah edib.

Həkimin fikrincə, orqanizmdə zədələnmələr adətən yaşla birlikdə toplanır, lakin Z nəslində bu, daha tez baş verir.
Bu məsələdə genetika qismən günahkardır, lakin təsir edə biləcək başqa amillər də var. Onların arasında Pavlova siqaret çəkmə, alkoqol və psixotrop maddələrdən asılılıq, təklik, pis qidalanma və fiziki fəaliyyətin olmamasını qeyd edib.
"Bu, sizinlə hər zaman danışdığımız hər şeyə aiddir. Əlbəttə ki, əgər istəsəniz, asanlıqla vidalaşa biləcəyiniz vərdişlər", - həkim fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.