BAKI, 12 may - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, səfər çərçivəsində Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.
Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.
Bu il Özbəkistanın ev sahibliyi ilə böyük beynəlxalq tədbir - Asiya Qadınlar Forumu keçirilir. O, Birləşmiş Millətlər Təşkilatının Qadınlarla birgə təşkil olunacaq. Forum gender bərabərliyinə doğru davam edən səyahətdə dönüş nöqtəsi olacağını vəd edir.
Asiya Qadınlar Forumunun çağırılması təşəbbüsü Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı regionda qadın liderlərin konstruktiv potensialından istifadə etmək, gələcək inkişafı üçün təcrübə mübadiləsi aparmaq, onların əlaqələrini genişləndirmək, idarəetmədə və cəmiyyətdə iştirak, habelə onların iqtisadiyyatdakı rollarını gücləndirmək məqsədi ilə irəli sürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.