CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi həftəsonu gözlənən vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq etdi

Hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Sputnik
BAKI, 11 may — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarənin yaydığı məlumatda deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.
03.04.24, 10:24
Güclü küləklə bağlı yol polisi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Müraciətdə deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edir.

"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməli, hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan çəkinməlidirlər", - açıqlamada deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.