RUSİYA

Narışkin: NATO çətin ki, qaydalardan yan keçərək Ukraynanı tezliklə alyansa qəbul etsin

Rusiya XKX-nin rəhbəri qeyd edib ki, alyans mövcud qaydaları pozmayacaq.
Sputnik
BAKI, 10 may — Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin NATO-nun mövcud qaydalardan yan keçərək Ukraynanı sürətləndirilmiş formatda Alyansa qəbul edə biləcəyinə şübhə ilə yanaşıb.
Bu barədə XKX-nin rəhbəri RİA Novosti-nin müvafiq sualına qısa cavab verib.
"Düşünürəm ki, bu belə olmayacaq", - RİA Novosti Narışkindən sitat gətirib.
Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Şimali Atlantika Alyansına qoşulmaqdan "bir addım" uzaqdadır.
Bu yaxınlarda Polşanın Baş naziri Donald Tusk çoxdan məlum olan bir faktı etiraf edib. O, Ukraynada NATO əsgərlərinin olduğunu və onların xüsusi hərbi əməliyyat (XHƏ) zonasında sayını açıqlamayıb, lakin əsgərlərin arasında guya mühəndis və təlimatçıların olduğunu da qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi münaqişənin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq. Diplomat həmçinin əlavə edib ki, XHƏ zonasında NATO qoşunlarından heç nə qalmayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək ideyası birbaşa gərginliyin artmasıdır.