TƏHSİL

Hansı uşaqlar müsahibədən kəsilə bilər?

Tural Mahmudov deyib ki, əgər uşaq rus dilində fikrini sərbəst ifadə edə bilmirsə, o uşağın təhsilini digər dildə davam etdirməsi çətin olacaq.
Sputnik
BAKI, 10 may — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkədə keçirdiyi canlı yayımda tədrisi rus dilində aparılan bölmə üzrə uşaqların 1-ci sinfə qəbulu üçün müsahibə mərhələsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahibin suallarını Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov cavablandırıb. T. Mahmudov tədris digər dillərdə aparılan məktəblərə qəbulla bağlı verilmiş suallara aydınlıq gətirib. Bildirib ki, əsas şərt uşağın tədris alacağı dildə fikrini sərbəst ifadə etməsidir. Əgər uşaq rus dilində fikrini sərbəst ifadə edə bilmirsə, o uşağın təhsilini digər dildə davam etdirməsi çətin olacaq.
O, müsahibə mərhələsində valideynin iştirakına icazə verildiyini də bildirib. Mahmudov bəzən uşağın suala cavab verdiyini, amma cavabı ətraflı izah etmədiyini söyləyib:
"Müsahibə mərhələsində qanuni nümayəndə və ata-ana iştirak edə bilər. Əgər valideyn üzrlü səbəbdən iştirak edə bilmirsə nənə, yaxud da baba uşağın qohumu olduğunu sübut edən sənəd təqdim etməlidir".