RUSİYA

Peskov: Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədində qalacaq

Rusiya prezidentinin mətbuat katibi RF hərbçilərinin Ermənistanda qalması məsələsinə qydınlıq gətirib.
Sputnik
BAKI, 9 may - Sputnik. Rusiya sərhədçiləri Ermənistan tərəfinin tələbi ilə İran və Türkiyə ilə sərhəddə qalacaq. Bu barədə RİA Novosti-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, agentliyə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması ilə bağlı razılığa gəliblər.

“Həm Paşinyan, həm də Putin bu məsələdə razılığa gəliblər, lakin Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri qalacaq”, - Peskov bildirib.

Hərbi qulluqçular Cənub Hərbi Dairəsinin Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ərazisində
O, Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalacağına aydınlıq gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.