DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək

Sammitdə müzakirə olunacaq mövzulardan biri NATO-nun alyansın Ukrayna münaqişəsinə birbaşa müdaxiləsindən imtinasını əks etdirən bəyannaməni təsdiq etməsi ola bilər.
Sputnik
BAKI, 9 may — Sputnik. İyulun 9-dan 11-dək ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-nun sammiti keçiriləcək. Bu barədə alyansın saytında xəbər verilib.
"ABŞ 9-10-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək. Görüşlər Uolter E. Vaşinqton konqress mərkəzində NATO baş katibinin sədrliyi ilə keçiriləcək" – məlumatda bildirilir.
Sammit çərçivəsində alyansın 75 illik yubileyinin qeyd edilməsi planlaşdırılır. Görüşün proqramı ilə bağlı daha ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanması gözlənilir.
Daha əvvəl bildirilib ki, sammitdə müzakirə olunacaq mövzulardan biri NATO-nun alyansın Ukrayna münaqişəsinə birbaşa müdaxiləsindən imtinasını əks etdirən bəyannaməni təsdiq etməsi ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.