BAKI, 9 may - Sputnik. 9 may tarixə faşizm üzərində Qələbə Günü kimi düşüb. Bu bayram keçmiş Sovet İttifaqı ölkələrində, o cümlədən faşizm üzərində Qələbəyə böyük töhfə vermiş Azərbaycanda da qeyd olunur.
Bu münasibətlə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
“Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.