VİDEO

İkinci Dünya Müharibəsi veteranının qızının hekayəsi

Bu bayramda müharibə və Qələbə ilə bağlı bütün xatirələr yada salınır. Sputnik Azərbaycan İkinci Dünya müharibəsi veteranının qızı ilə söhbət edib. O, atasının döyüş yolundan və öz uşaqlığından danışıb.
Sputnik
Kapitan Səməndər Xalıqov 1918-ci ildə Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. 1940-cı ildə Sovet-Fin müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedib. Daha sonra Moskvaya köçüb və Cənub-Qərb istiqamətində fəaliyyət göstərən orduya göndərilib. Oradan Berlinə gedib.
Sovet İttifaqının vətəndaşları öz qələbələrini qeyd edəndə veteran daha bir il Berlində komendant kimi işləməyə qalıb. O zamanın gənc oğlanı üçün müharibə yalnız 1946-cı ildə başa çatıb. Xalıqov vətənə öz çiyinlərində itkilərin, dəfnlərin, yaraların, kontuziyanın və samballı cəbhə mükafatlarının yükü ilə qayıdıb.
Azərbaycanlı veteran hərbi xidmətlərinə görə birinci və ikinci dərəcəli Böyük Vətən Müharibəsi ordeni və 20 medalla təltif edilib.
Veteranın qızı Svetlana Xalıqova hələ də atasının gündəliyini və məktublarını oxuyur. Bütün bunlar onun üçün xüsusilə qiymətlidir.