Bakıda Böyük Vətən müharibəsində həlak olan əsgərlərin xatirəsi ehtiramla yad edilib.
Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü ərəfəsində veteranlar, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri Bakının Nərimanov rayonundakı Hərbi Şöhrət Memorialının qarşısında toplaşıblar.
Onlar faşizm üzərində Qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Toplaşanlar abidənin önünə gül və əklillər qoyublar.