BAKI, 8 may — Sputnik. NATO Alyansın Ukrayna münaqişəsinə birbaşa müdaxiləsindən imtinanı qeyd edəcək bəyannaməni təsdiq edə bilər.
Bu barədə İtaliyanın "Corriere della Sera" (CDS) qəzeti sənəd layihəsinə istinadən məlumat yayıb.
Məsələnin Şimali Atlantika Alyansının sammiti zamanı müzakirə olunacağı gözlənilir. Sammit bu il iyulun 9-dan 11-dək baş tutacaq.
Bu bəyanatı artıq hərbi blokun baş katibi Yens Stoltenberq səsləndirib. Onun sözlərinə görə, hərbçilərin göndərilməsi nəzərdə tutulmayıb. Bununla belə, NATO ölkələrinin Ukrayna səfirliklərində yerləşən və "tövsiyələr verən" müşavirləri var.
Əvvəllər bildirilmişdi ki, hərbi personalın xüsusi əməliyyat zonasına göndərilməsi ideyası Qərbdə bəyənilmir. Belə ki, amerikalı milyarder və sahibkar Devid Saks hətta belə bir addımın üçüncü dünya müharibəsi ilə nəticələnə biləcəyini bəyan edib.