BAKI, 8 may — Sputnik. Fransa qoşunları Ukrayna münaqişəsi zonasına daxil olsalar, Rusiya ordusunun hədəfinə çevriləcəklər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun müvafiq bəyanatlarını şərh edərkən bildirib.
Bundan əvvəl Makron "Economist"ə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyası cəbhə xəttini yarıb və Ukraynadan müraciət olarsa, Ukraynaya qoşun yeridilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, "bir çox Aİ ölkələri" qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın yanaşması ilə razılaşıb. Bundan əvvəl, Fransa liderinin fevral ayında dar bir dairədə "bu il" hərbçiləri Odessaya göndərməli olacağını" söylədiyi bildirilib.
"Makronun bu ritorikasını Rusiya üçün bir növ "strateji qeyri-müəyyənlik" yaratmaq istəyi ilə izah etməsi özünə xarakterikdir. Bizim üçün vəziyyət artıq çoxdan müəyyəndir. Əgər fransızlar münaqişə zonasında görünsələr, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər", - deyə Zaxarova brifinqdə bildirib.