BAKI, 8 may - Sputnik. “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – Qeyd) bəzi layihələri müzakirə etdik”.
“Report”un məlumatına görə, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso deyib.
Onun sözlərinə görə, texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq:
“İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.