BAKI, 7 may — Sputnik. Mayın 7-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 7-də kimlər dünyaya gəlib?
Əzim Əzimzadə (1880-1943) - Azərbaycan rəssamı və SSR xalq artistidir. Onun yaradıcılıq irsində əsas yeri karikaturalar tutur. Rəssamın fəal iştirakı ilə 1920-ci ildə Bakıda rəssamlıq məktəbi açılıb. Məktəb yarandığı gündən ömrünün sonuna kimi rəssam orada dərs deyib və 1932-1937-ci illərdə direktor vəzifəsində çalışıb.
Əzim Əzimzadə
© Photo : Public domain
Pyotr Çaykovski (1840-1893) - rusiyalı bəstəkar, dirijor və musiqi tənqidçisidir. O, müxtəlif janrlarda bizlərə miras qoyub: on opera, üç balet, yeddi simfoniya, 104 romans, bir sıra proqram simfonik əsərlər, konsertlər və s.
Pyotr Çaykovski
© Sputnik / Юрий Кавер
Rabindranat Taqor (1861-1941) - hind yazıçısı, şairi, bəstəkarı, rəssamı və ictimai xadimdir. Onun yaradıcılığı Benqal ədəbiyyatını və musiqisini formalaşdırıb. Yazıçısı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk avropalı olmayan şəxs olub. Şairin poeziyasının tərcümələri mənəvi ədəbiyyat kimi qəbul edilib.
Rabindranat Taqor
© AP Photo
Enn Bakster (1923-1985) - ABŞ aktrisası və Hollivud filmlərinin ulduzudur. O, "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb. Aktrisa "Yeva haqqında hər şey", "On əmr" və digər filmlərdə rol alıb.
Aktyorlar Riçard Çemberleyn (solda), Reymond Messi və aktrisa Enn Bakster
© AP Photo
Mayın 7-də dünyada baş verən tarixi hadisələr
1887-ci ildə amerikalı Tomas Stivens velosipedlə dünya üzrə ilk səyahətini tamamlayıb. Bu səyahət üç ildən çox olub.
1940-cı ildə Moskva Dövlət Universitetinə Mixail Lomonosovun adı verilib.
2012-ci ildə "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" konsert zalı istifadəyə verilib.
2000-ci ildə Rusiya Prezidenti Vladimir Putinin ilk andiçmə mərasimi keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.