RUSİYA

Rusiya Qərb dövlətləri ilə dialoqdan imtina etmir - Putin

Rusiya lideri bildiirb ki, Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün dünya çoxluğu ölkələri ilə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olublar.
Sputnik
BAKI, 7 may — Sputnik. Rusiya yalnız bərabər əsasda təhlükəsizlik və strateji sabitlik məsələləri üzrə dialoqa hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin mayın 7-də keçirilmiş inaqurasiya nitqində deyib.
"Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün dünya çoxluğu ölkələri ilə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və bundan sonra da belə olacağıq" - dövlət başçısı deyib.
Prezidentin sözlərinə görə, Rusiya Qərb dövlətləri ilə dialoqdan imtina etmir.
"Seçim onlarındır: Rusiyanı nəzarətə almaq cəhdlərini, işğalçılıq siyasətini davam etdirmək, ölkəmizə illərlə davamlı təzyiq göstərmək, yoxsa əməkdaşlıq və sülh yolu axtarmaq niyyətindədirlər. Təhlükəsizlik və strateji sabitlik məsələləri də daxil olmaqla danışıqlar mümkündür, lakin güclü mövqedən, heç bir təkəbbür və şəxsi ayrıcalıq olmadan, yalnız bərabər şərtlərlə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla bu mümkün olar" - Putin vurğulayıb.
Prezident qeyd edib ki, Avrasiya inteqrasiyası üzrə tərəfdaşlarla, digər suveren inkişaf mərkəzləri ilə birlikdə çoxqütblü dünya nizamının, bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətində fəaliyyəti davam etdirəcəklər.
"Sürətlə dəyişən mürəkkəb dünyada biz Rusiya üçün yeni üfüqlər açaraq özümüzü təmin etməli və rəqabətədavamlı olmalıyıq" - Putin əlavə edib.
RUSİYA
Rusiya xalqının maraqları və təhlükəsizliyi mənim üçün hər şeydən üstün olacaq - Putin