BAKI, 7 may — Sputnik. Rusiyanın nüvə təlimlərinə başladığını elan etməsi Ukraynaya silah göndərən bütün NATO üzvlərinə xəbərdarlıqdır.
Bu barədə beynəlxalq məsələlər üzrə ekspert Qallaqer Fenuik Fransanın "LCI" telekanalının efirində bildirib.
"Təlimlər bütün "Ramşteyn" təmas qrupuna, başqa sözlə desək, Ukraynanı siyasi, maliyyə və hərbi cəhətdən dəstəkləyən ölkələrə ünvanlanıb".
Bundan əvvəl britaniyalı ekspert Aleksandr Merkuris bildirmişdi ki, Moskva NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinin Rusiya ilə silahlı münaqişəyə səbəb olacağını açıq şəkildə bəyan edib.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi isə bəyan etmişdi ki, Moskva Rusiya Müdafiə Nazirliyinin qeyri-strateji nüvə silahlarının istifadəsini sınamağa yönəlmiş təlimlərin Qərb nümayəndələrinin "isti başlarını" soyudacağına ümid edir.