SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan noyabra qədər Azərbaycanla sülh müqaviləsini imzamaq istəyir - Paşinyan

Ermənistanın baş naziri iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına ümid edir.
Sputnik
BAKI, 7 may — Sputnik. Ermənistan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıdır. Bunu Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Azərbaycan prezidenti bir müddət əvvəl bildirib ki, sənədin bu ilin noyabrına qədər imzalanması kifayət qədər realdır.
Paşinyanın sözlərinə görə, bu məqsədə çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Eyni zamanda, Ermənistanın baş naziri iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına ümid edir.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü mayın 10-da Qazaxıstanda baş tutacaq.