CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Süni ada yaratmaqdansa, təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın

Sabir Rüstəmxanlı deyib ki, Xəzər dənizində Böyük Zirə, Nargin kimi təbii adalar var və Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar.
Sputnik
BAKI, 7 may — Sputnik. Süni adalar məsələsi ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Xəzər dənizində bir sıra təbii adalar var: Böyük Zirə, Nargin adası:

"Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır. Süni ada yaratmaqdansa, təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın".

Qeyd edək ki, iclasda "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
CƏMİYYƏT
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq