CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi dövlət qurumlarının "Qaynar xətlər"ində bir çox zənglərə cavab verilmir - Deputat

Fazil Mustafa onu da bildirib ki, dəfn müavinəti almaqda problemlər var. İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır.
Sputnik
BAKI, 7 may — Sputnik. Bəzi dövlət qurumlarının "Qaynar xətlər"ində bir çox zənglərə cavab verilmir.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat hesab edir ki, bəzi dövlət qurumlarının yaratdığı "Qaynar xətlər" öz adına uyğun fəaliyyət göstərmir:
Fazil Mustafa
"Bu termin düzgün tapılmayıb. Bir çox nazirliklərdə bu nə "ilıq", nə də "soyuq" xətdir. Bir çox zənglərə cavab verilmir. Yaxud da pullu əsasla "Qaynar xətt" anlayışı ortadan qalxmalıdır. Ona görə də məsələ həllini tapmalıdır".
Fazil Mustafa onu da bildirib ki, dəfn müavinəti almaqda problemlər var: "İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir".