BAKI, 7 may — Sputnik. "Bakı funikulyorunda gediş haqqının bahalaşması barədə məlumatlar həqiqətə uyğun deyil. Gediş haqqı hazırda 1 manat təşkil edir".
Bu barədə Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov Sputnik Azərbaycan-a Bakı funikulyorunda gediş haqqının 1 manatdan 2 manata qalxması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərkən söyləyib.
T. İsmayılov bildirib ki, Bakı funikulyorunda gediş haqqı Nazirlər Kabineti tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin müvafiq qərarında isə heç bir dəyişiklik yoxdur.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb.